Ukraynada Yermakla bağlı yeni iddia: 4,3 milyon dollarlıq girov tələbi
Ukrayna Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu ölkənin yüksək vəzifəli rəsmilərindən biri ilə bağlı yeni qərar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, qurum Volodimir Zelenskinin Prezident Ofisinin rəhbəri Andrey Yermakın həbsini tələb edir və onun təxminən 4,3 milyon dollar girov müqabilində azadlığa buraxılmasının mümkünlüyünü müzakirəyə çıxarıb.
Yermak Ukrayna siyasi dairələrində “boz kardinal” kimi də tanınır və ölkənin idarəetmə sistemində mühüm fiqurlardan biri hesab olunur.
Məsələ ilə bağlı rəsmi açıqlama və məhkəmə qərarı hələ gözlənilir.
18:55 12.05.2026
Oxunuş sayı: 45