Minlərlə vətəndaş təhdid xarakterli mesaj alıb
Mayın 12-si minlərlə İsrail vətəndaşı ivrit dilində təhdid xarakterli mesajlar alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Israel Hayom" məlumat yayıb.
Məlumata əsasən, mesajlarda göndərən şəxslər özlərini İran ilə əlaqəli tərəflər kimi təqdim edərək, vətəndaşlardan əməkdaşlıq etməyi tələb ediblər.
İsrail Milli Kibertəhlükəsizlik Qurumu bildirib ki, bu kampaniyanın əsas məqsədi cəmiyyətdə qorxu və panika yaratmaq, eyni zamanda istifadəçilərin şəxsi məlumatlarını ələ keçirmək ola bilər.
Rəsmi qurumlar vətəndaşlara şübhəli mesajlara cavab verməməyi və məlumatlarını paylaşmamağı tövsiyə edib.
18:10 12.05.2026
Oxunuş sayı: 47