Yaponiya uzaq məsafəyə baxmayaraq niyə Azərbaycan nefti alır?
Yaxın Şərqdə artan geosiyasi gərginlik və enerji bazarlarında yaranan qeyri-müəyyənlik fonunda Yaponiyanın uzun fasilədən sonra Azərbaycandan neft almağa hazırlaşması diqqət çəkən hadisədir.
Bu addım bir tərəfdən Tokionun enerji təhlükəsizliyini şaxələndirmək istəyini göstərirsə, digər tərəfdən Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini bir daha ortaya qoyur.
Mövzu ilə bağlı iqtisadçı İlham Şaban Crossmedia.az-a açıqlama verib:

“Bizdə Yaponiya ilə ara-sıra, epizodik neft alqı-satqısı olub. Yəni buna sırf ticari gözlə baxmaq lazımdır, çünki xeyli uzaq bazarlar və nəqliyyat xərcləri yüksək olduğundan mütəmadi olmayan ticari münasibətlərdir.
Bununla yanaşı, Yaponiya daha çox enerji təhlükəsizliyini təmin etmək üçün müxtəlif bazarlardan neft idxal etməyə çalışır. Azərbaycan nefti isə keyfiyyətinə görə müəyyən dövrlərdə bu bazar üçün cəlbedici olub. Lakin məsafə və logistika amilləri uzunmüddətli və davamlı əməkdaşlığın genişlənməsini məhdudlaşdıran əsas səbəblərdən biridir”.
Ayhan
11:21 12.05.2026
Oxunuş sayı: 54