Azərbaycanda vətəndaşlar niyə təqaüdə çıxmaq istəmir? - Əsl səbəblər açıqlandı
Təqaüd yaşının artırılması son vaxtlar cəmiyyətdə müzakirə olunan əsas mövzulardan biridir. Bu dəyişiklik bir çox insanın gündəlik həyatına və gələcək planlarına birbaşa təsir edir. Bəziləri hesab edir ki, uzun illər işlədikdən sonra istirahət müddətinin gecikməsi ədalətli deyil. Digər tərəfdən, bu addımın ölkənin iqtisadi davamlılığı üçün zəruri olduğu fikri də səsləndirilir. Yaş artdıqca əmək qabiliyyətinin azalması məsələsi isə narahatlıq doğuran əsas məqamlardan biri kimi önə çıxır. Eyni zamanda, bəzi şəxslər düşünür ki, uyğun iş şəraiti və sosial təminat gücləndirilərsə, daha uzun müddət işləmək mümkündür.

İqtisadçı - ekspert, REAL partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında Azərbaycanda maaşların təqaüdlərdən çox yüksək olduğunu qeyd edib:
"Təqaüd yaşına çatdıqdan sonra çox böyük həcmdə ilkin təqaüd kapitalı yığmaq lazımdır. Ona görə də vətəndaşlar təqaüd yaşının artmasından narahat deyillər. Lakin dövlət sektorunda çalışan vətəndaşlar pensiya yaşının artmasından narahatdırlar. Çünki onların təqaüdü çox yüksəkdir".
İqtisadçı əlavə olaraq qeyd edib ki, müəllimlər maaşları təqaüdlərindən üç dəfə çox olduğu halda təqaüdə çıxmaq istəmirlər: "Hər hansı dövlət şirkətində işləyən şəxsin maaşı təqaüdündən çoxdursa, niyə də təqaüdə çıxsın? Burada böyük bir balans var deyə vətəndaşlar təqaüd yaşının artmasından çox da narahat deyillər".
Fatimə
19:56 05.05.2026
Oxunuş sayı: 59