AAYDA-nın 3 iri MMC-si eyni anda LƏĞV OLUNDU
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli cəmiyyətləri ləğv olunduqlarını elan ediblər.
Crossmedia.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini MMC-lərin hüquqi ünvanlarına təqdim edə bilərlər.
Qeyd edək ki, 1 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru Əli Hüseyn oğlu Hünbətov, 2 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru Səxavət Həsən oğlu Aslanov, 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru isə Ustubat Heydər oğlu Niftəliyevdir.
Xatırladaq ki, daha əvvəl "1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC ləğv olunduğunu elan edib. (İqtisadiyyat.az)
15:20 05.05.2026
Oxunuş sayı: 54