Prezident sərəncam imzaladı: Bu şəxslərə birdəfəlik müavinət veriləcək
Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həmçinin həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, eləcə də arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir Crossmedia.az-a açıqlama verib.

O, bildirib ki, ölkə Prezidentinin bu cür sərəncamları ənənəvi xarakter daşıyır və İkinci Dünya müharibəsi iştirakçılarına və həmin dövrün zəhmətkeşlərinə dövlət qayğısının bariz nümunəsidir: " 2026-cı il dövlət büdcəsində bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Sərəncama əsasən, 1941-1945-ci illərdə müharibədə iştirak etmiş şəxslərə 2750 manat, digər müvafiq kateqoriyalara aid şəxslərə isə 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2026-cı il tarixli Sərəncamı müvafiq qrupların sosial müdafiəsinin gücləndirilməsinə, eyni zamanda tarixi yaddaşın qorunmasına xidmət edir".
Turqut Ansari
19:03 25.04.2026
Oxunuş sayı: 68