Uğur Özdemir "Sumqayıt" basketbol komandasının baş məşqçisi təyin olunub
Türkiyəli Uğur Özdemir "Sumqayıt" basketbol komandasının baş məşqçisi təyin olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Onunla "1+1" illik müqavilə imzalanıb.
Uğur Özdemir buna qədər 2022-2024-cü illərdə Azərbaycan Basketbol Liqasında çıxış edən "Xırdalan" komandasının (hazırda "LANDAU Lions") baş məşqçisi olub.
16:28 21.09.2026
Oxunuş sayı: 47