Azərbaycan dili bu platformaya da əlavə edildi
X sosial şəbəkəsinin istifadəçiləri məxfilik pozuntuları ilə bağlı müraciətləri artıq Azərbaycan dilində də təqdim edə biləcəklər.
Crossmedia.az xəbər verir ki, platformanın Yardım Mərkəzində məxfilik pozuntusu ehtiva edən məzmunla bağlı şikayət bölməsinə Azərbaycan dili əlavə edilib.
Beləliklə, istifadəçilər sözügedən bölmə vasitəsilə məxfilik qaydalarının pozulması ilə bağlı müraciətləri Azərbaycan dilində göndərə biləcəklər.
17:10 21.09.2026
Oxunuş sayı: 57