Zelenski- Zaporojyeyə hücumda 5 nəfər yaralandı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında Zaporojye şəhərinə zərbələr endirdiyini və nəticədə 5 nəfərin yaralandığını bildirib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin yaydığı açıqlamada bu barədə məlumat verilib.
Zelenskinin sözlərinə görə, axşam saatlarından başlayan hücum nəticəsində yaşayış binalarına, universitet binasına, ticarət mərkəzinə və qazanxanaya ziyan dəyib. Hadisə ilə əlaqədar bəzi sakinlər təxliyə olunub.
Ukrayna Prezidenti Rusiyanın hərbi əməliyyatlarının intensivliyini azaltmadığını və müharibənin genişləndirilməsi ilə bağlı siqnallar verdiyini də bildirib.
Qeyd edək ki, Ukrayna rəsmilərinin açıqlamalarında gecə hücumlarının ölkənin bir sıra bölgələrinə zərər vurduğu bildirilib.
15:41 21.09.2026
Oxunuş sayı: 50