Nigeriya millisinin əsas ulduzları Rusiya ilə oyunu buraxacaq
Nigeriya millisinin bir neçə əsas futbolçusu oktyabrın 6-da Rusiya ilə keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sport24” Nigeriya Futbol Federasiyasının baş katibinin müavini vəzifəsini icra edən Ademola Olacire məlumat yayıb.
Federasiya rəsmisinin sözlərinə görə, Türkiyənin “Qalatasaray” klubunda çıxış edən hücumçu Viktor Osimhen zədə səbəbindən oyunda iştirak edə bilməyəcək.
Ademola Lukman, Aleks İvobi və Samuel Çukvueze isə Nigeriya millisinin baş məşqçisinin qərarı ilə heyətə daxil edilməyib. Olacire bildirib ki, məşqçi futbolçuları Afrika Millətlər Kubokunun seçmə mərhələsinin vacib oyunları öncəsi qorumağı qərara alıb.
Nigeriya millisinin əsas futbolçularının Rusiya ilə matçı buraxacağı barədə məlumat sentyabrın 18-də yayılmışdı.
Rusiya və Nigeriya yığmaları arasında qarşılaşma oktyabrın 6-da Nijni Novqorodda keçiriləcək.
Rusiya millisi 2022-ci ilin yazından etibarən FIFA və UEFA-nın tətbiq etdiyi sanksiyalar səbəbindən beynəlxalq yarışlardan kənarlaşdırılıb və bu müddətdə yalnız yoldaşlıq oyunlarında iştirak edir.
15:36 21.09.2026
Oxunuş sayı: 53