ABŞ Rusiya neftinə qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır

ABŞ hökuməti Rusiya neftinin ixracına qarşı tətbiq olunan sanksiyaların sərtləşdirilməsini planlaşdırır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden administrasiyası uzun müddətdir ki, bu addımı enerji qiymətlərinin kəskin artacağı ehtimalına görə təxirə salıb. Xüsusilə də prezident seçkiləri ərəfəsində bu məsələnin siyasi və iqtisadi risklər doğura biləcəyi düşünülürdü.
Lakin son zamanlarda neft qiymətlərinin enməsi fonunda ABŞ hakimiyyəti daha aqressiv hərəkət etməyə hazır görünür. Bu qərar, Rusiya iqtisadiyyatına təzyiqi artırmaqla yanaşı, qlobal enerji bazarında balansın necə dəyişəcəyinə dair suallar da doğurur.
Aytac Bəhruzqızı
16:25 11.12.2024
Oxunuş sayı: 7792