Yaxın Şərqdə müharibə bitir? - Türkiyə işə qarışır
Son günlər regionda gərginlik artmaqda davam edir və beynəlxalq vasitəçilik səyləri diqqət mərkəzindədir. Türkiyənin rolunu ön plana çıxardığı danışıqlar prosesində tərəflərin mövqeləri və gələcək addımlar hələ də tam aydın deyil. Tərəflərin qərarları həm regional stabilliyi, həm də maraqların qorunmasını müəyyən edəcək.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əhəd Məmmədlinin sözlərinə görə, indiki hərb məsələlərindən əvvəl Türkiyənin vasitəçi olması lazım idi:
"Son anda İran razılıq vermədi, lakin Oman görüşmənin keçirilməsinə icazə verdi. Omanda danışıqlar davam edir və nəticələr indiki vəziyyətə görə müəyyənləşir. Hazırda Türkiyə vasitəçi kimi çıxış edir ki, qarşıdurma dayandırılsın. Lakin Türkiyə maraqlarımıza tam cavab vermir və sərhəddə müharibə riski hələ də qalır. ABŞ ilə Türkiyə müəyyən razılıqlara gedib. Ümumilikdə hamımız istəyirik ki, İranda müharibə dayansın. Əgər Türkiyə başqa ölkələrlə – İsrail, Yunanıstan, Rusiya və ya başqa dövlətlərlə müharibəyə girsə, İran buna müdaxilə edərmi? Xeyr. Əksinə, İran Türkiyəyə qarşı tərəfdə olacaq".

Ə.Məmmədlinin fikrincə, Türkiyə bu məsələdə öz maraqlarını kifayət qədər düşünməyib:
"Bununla belə, atəşkəs olmalıdır, müharibə və qaçqın axını baş verməməlidir. Türkiyə prosesdə aktivdir. Lakin sual qalır: İran buna razı olacaqmı? Oman məsələsindən İran imtina edəcəkmi? Tarixi baxımdan İranın Türkiyəyə münasibəti mürəkkəbdir. İndiki hakimiyyət üçün ən böyük rəqib və düşmən İsrail və ya ABŞ deyil – Türkiyədir. İran bunu əsas tərəf kimi görür.
Bu yanaşma davam edərsə, İran Türkiyənin vasitəsini əvvəlki kimi qəbul edəcəyi gözlənilmir. Lakin ehtimal var ki, müəyyən vəziyyətdə məcbur olaraq razılaşa bilər".
Fatimə
10:45 25.03.2026
Oxunuş sayı: 59