Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubda iki ölkə arasında münasibətlərin möhkəmləndiyini vurğulayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Pxenyan və Moskva arasında formalaşan qarşılıqlı etimad gələcəkdə əlaqələrin daha da güclənməsinə xidmət edəcək.
“Əminəm ki, aramızda yaranan möhkəm münasibət və etimad, şübhəsiz ki, iki ölkə arasında münasibətlərin gələcək möhkəmliyini və sabitliyini təmin edəcək, hər iki ölkə xalqlarının inkişafına və rifahına qəti şəkildə töhfə verəcək. Pxenyan həmişə Moskvanın yanında olacaq. Bu, bizim seçimimiz və sarsılmaz iradəmizdir”, – deyə məktubda qeyd olunub.
12:20 25.03.2026
Oxunuş sayı: 54