400 hücum dronu Rusiyaya zərbə endirib
Martın 24-ü gecə təxminən 400 hücum dronu Rusiyanın obyektlərinə hücum edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Monitorinq resurslarına görə, ölkənin ən böyük neft terminalı olan Ust-Luqa limanında yanğın baş verib. Liman xarici bazarlara neft məhsullarının tədarükündə istifadə olunur.
Bundan başqa, Leninqrad vilayətinin Vıborq şəhərində FSB ofisindən cəmi 30 metr aralıda yerləşən binaya ciddi ziyan dəyib və hadisə yerində böyük yanğın qeydə alınıb.
10:40 25.03.2026
Oxunuş sayı: 41