KİV: ABŞ Yaxın Şərqə 3000 hərbçi göndərir
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə əlavə qüvvələrin göndərilməsini müzakirə edir.
Crossmedia.az xəbər verir ku, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Bildirilir ki, İranda mümkün əməliyyatları dəstəkləmək məqsədilə 82-ci Hava-Desant Diviziyasından təxminən 3000 hərbçidən ibarət döyüş briqadasının yerləşdirilməsi planlaşdırılır. Qeyd olunur ki, bu briqada 18 saat ərzində dünyanın istənilən nöqtəsinə göndərilə bilər.
Məlumata əsasən, əsas hədəflərdən biri İranın əsas neft ixrac mərkəzi sayılan Xarq adasıdır. Alternativ variant kimi isə 31-ci Ekspedisiya Qüvvələrindən 2500 dəniz piyadasının göndərilməsi ehtimalı nəzərdən keçirilir.
Hazırda qoşunların yerləşdirilməsi ilə bağlı rəsmi əmrin verilmədiyi bildirilir.
10:15 25.03.2026
Oxunuş sayı: 46