Abbas Əraqçi Rusiya və Çini ABŞ-ni tənqid etməyə çağırıb
İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Vanq Yi ilə telefon danışığında ABŞ-nin hərəkətlərini pisləməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əraqçi bildirib:
“İran BMT Təhlükəsizlik Şurasının üzvlərindən, xüsusilə Rusiya və Çindən ABŞ-nin Şuradakı mövqeyindən sui-istifadəsinin qarşısını almasını və ABŞ-İsrailin ölkəmizə qarşı təcavüzünü pisləyən qətiyyətli mövqe nümayiş etdirməsini gözləyir”.
Mənbələr qeyd edirlər ki, İranın bu çağırışı regionda gərginliyin artdığı bir dövrdə beynəlxalq dəstəyin vacibliyini vurğulayır və Rusiya-Çin münasibətlərində İranın mövqeyini gücləndirməyə hesablanıb.
12:40 25.03.2026
Oxunuş sayı: 53