Vaşinqton Tehrana 15 maddəlik plan təqdim edib
ABŞ Yaxın Şərq münaqişəsinin iqtisadi təsirləri fonunda İrana 15 maddəlik plan verib.
Crossmedia.az-ın məlumatına görə, "The New York Times" yazır ki, plan müharibəni dayandırmaq və gərginliyi azaltmaq məqsədi daşıyır.
Məlumata görə, sənəd İranın nüvə və raket proqramları, eləcə də Hörmüz boğazında dəniz təhlükəsizliyi kimi əsas məsələləri əhatə edir. Planın İrana çatdırılmasında Pakistan diplomatik vasitəçi kimi çıxış edib.
“Axios” nəşri isə bildirir ki, ABŞ planı İsraillə də bölüşüb və İran bəzi əsas bəndlərlə razılaşıb.
Crossmedia.az 15 maddəlik planı təqdim edir:
İrana qarşı bütün sanksiyaların ləğvi;
ABŞ-nin mülki nüvə layihəsinin təşviqi və inkişafına yardım;
Sanksiyaların yenidən tətbiqi təhlükəsinin aradan qaldırılması;
İranın nüvə proqramının müəyyən çərçivədə dondurulması;
Zənginləşdirilmiş uranın nəzarət altında saxlanılması;
Raket proqramının məhdudiyyətlərlə yenidən nəzərdən keçirilməsi;
Nüvə fəaliyyətinin yalnız mülki/müdafiə məqsədləri ilə məhdudlaşdırılması;
Mövcud nüvə imkanlarının inkişafının dayandırılması;
Uran zənginləşdirmənin genişləndirilməsinə icazə verilməməsi;
Silah dərəcəli nüvə materialının istehsalına qadağa;
Zənginləşdirilmiş materialların AEBA-ya təhvil verilməsi;
Nətənz, İsfahan və Fordo obyektlərinin istismardan çıxarılması;
Beynəlxalq monitorinq və yoxlama mexanizmlərinin tətbiqi;
Tədricən icra və öhdəliklərə nəzarət;
Əlavə regional və təhlükəsizlik razılaşmaları.
10:18 25.03.2026
Oxunuş sayı: 51