KİV: Zenit raketlərin çatışmazlığı müharibənin taleyini həll edə bilər
Yaxın Şərqdə artan gərginlik fonunda İsrail və Fars körfəzi ölkələrində zenit raketlərinin ehtiyatının azalması müharibənin gedişatına ciddi təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Economist” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, hava hücumundan müdafiə sistemlərinin effektiv fəaliyyəti üçün kifayət qədər raket ehtiyatının olmaması regionda müdafiə imkanlarını zəiflədə bilər. Xüsusilə uzunmüddətli qarşıdurma şəraitində bu çatışmazlıq strateji üstünlüyün itirilməsinə səbəb ola bilər.
Nəşr vurğulayır ki, intensiv raket və pilotsuz aparat hücumları fonunda müdafiə sistemlərinin yüklənməsi və ehtiyatların sürətlə tükənməsi əsas risklərdən biridir. Bu isə həm İsrail, həm də Fars körfəzi ölkələri üçün təhlükəsizlik baxımından yeni çağırışlar yaradır.
Ekspertlərin fikrincə, zenit raketlərinin çatışmazlığı yalnız hərbi balansı deyil, həm də münaqişənin nəticəsini müəyyən edə biləcək əsas amillərdən birinə çevrilə bilər.
11:45 25.03.2026
Oxunuş sayı: 48