Səudiyyə Ərəbistanı şahzadəsi Trampı müharibəni davam etdirməyə çağırıb
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampı İrana qarşı müharibəni dayandırmamağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Mənbələrin məlumatına görə, Ər-Riyad hazırkı kampaniyanın regionun gedişatını kökündən dəyişə biləcəyinə əmindir və İranın Fars körfəzi ölkələri üçün uzunmüddətli təhlükə yaratdığını vurğulayıb.
Bundan əlavə, Məhəmməd bin Salman İrana quru qoşunlarının göndərilməsini və ölkənin əsas neft mərkəzi olan Xarq adası-nın ələ keçirilməsini müdafiə edib.
13:35 25.03.2026
Oxunuş sayı: 57