Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 16 milyon 936,04 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin iki ayı ilə müqayisədə 17 milyon 4 milyon 181,24 min ABŞ dolları və ya 19,8 % azdır.
Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,65 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.
09:45 24.03.2026
Oxunuş sayı: 42