Azərbaycan fevralda duz istehsalını 61 % artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 18 min 480 ton duz istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,1 % çoxdur.
Təkcə fevralda isə ölkədə 9 min 294 ton duz istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 61 % çoxdur.
2025-ci ildə Azərbaycanda 85 min 389 ton duz istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 4,5 % azdır.
13:15 20.03.2026
Oxunuş sayı: 41