AZCON Holding və özəl investor arasında Niyyət Məktubu imzalanıb
AZCON Holding və özəl investor arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən Niyyət Məktubu imzalanıb.
Crossmedia.az xəbər verir ki, sənədə əsasən, tərəflərin bərabər payla iştirak edəcəyi birgə müəssisənin yaradılması nəzərdə tutulur.
Birgə müəssisə çərçivəsində Bakı Gəmiqayırma Zavodunda 10-a yaxın "Ro-Ro" tipli gəminin inşası planlaşdırılır.
Eyni zamanda yeni gəmilər üzrə sifarişlərin 2026-cı ildən etibarən verilməsi, habelə mövcud "Ro-Ro" gəmilərinin birgə müəssisəyə daxil edilməsi yolu ilə 2026-cı ildə birgə fəaliyyətə başlanılması planlaşdırılır.
Layihənin icrası nəticəsində Xəzər dənizində təkərli nəqliyyat vasitələrinin daşınması üzrə fəaliyyətin birgə təşkili təmin olunacaq.
Sözügedən təşəbbüs Orta Dəhliz üzrə daşımaların dayanıqlılığının və səmərəliliyinin daha da artırılmasına töhfə verəcək.
20:17 19.03.2026
Oxunuş sayı: 50