Azərbaycanda inflyasiya qaçılmaz riskə çevrilir? - Rəy
Azərbaycan neftinin bir barelinin qiyməti 109 dolları keçərək son illərin ən yüksək səviyyələrindən birinə çatıb. Bu artım ölkənin ixrac gəlirlərinə birbaşa təsir edir və dövlət büdcəsinin gələcək göstəricilərini formalaşdırır. Neft qiymətinin yüksəlməsi, xüsusilə enerji və idxal məhsullarına bağlı ölkələrdə, qiymət artımına səbəb ola bilər. Eyni zamanda bu artım milli valyutanın dəyəri və makroiqtisadi sabitlik üçün də mühüm faktor hesab olunur. Ekspertlər qiymət yüksəlişini qlobal geosiyasi gərginliklər və enerji tələbinin artması ilə izah edirlər. Analitiklər yaxın perspektivdə neftin qiymətinin necə dəyişəcəyini və bu artımın iqtisadiyyata təsirini proqnozlaşdırmağa çalışırlar. Yüksək neft qiymətləri dövlətin ixrac gəlirlərini artırsa da, bəzi məhsulların və xidmətlərin bahalaşmasına gətirib çıxara bilər. Bu isə inflyasiya təzyiqini gücləndirə və istehlak xərclərini yüksəldə bilər. Azərbaycan iqtisadiyyatı üçün bu vəziyyət həm fürsət, həm də risk yaradır. Buna görə də qərarvericilər qiymət artımının həm qısa, həm də uzunmüddətli nəticələrini diqqətlə qiymətləndirməlidirlər.
Mövzu ilə bağlı ReAl partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:

"Nə qədər çox artsa bir o qədər xeyirdir. Valyuta gəlirlərimiz artır. Amma Azərbaycanın idxaldan asılılığını da nəzərə almalıyıq. Biz keçən il 24 milyard mal idxal etmişik, xaricdən almışıq. Və neft qiymətləri artanda daşınma xidmətləri də yüksəlir, daşınma xidməti yüksələndə malların da qiyməti artır. Bu da inflyasiyanı gücləndirən səbəb ola bilər. İdxaldan asılılığımız ölkəyə gətirilən məhsulların qiymətini də artırır. Müharibə bitən kimi neft qiymətləri də azalacaq".
Ayhan
17:48 16.03.2026
Oxunuş sayı: 39