Cavid Vəliyevlə müsahibə: TDT-nin perspektivi kifayət qədər müsbətdir- Anons
Son dövrlərdə Yaxın Şərq və Cənubi Qafqaz regionunda geosiyasi gərginlik yenidən artmaqdadır. İran və İsrail arasında davam edən qarşıdurma fonunda region ölkələrinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar da güclənib. Xüsusilə İran ərazisindən Azərbaycan və Türkiyə istiqamətində hücumlar Türk dünyası üçün yeni təhdidlərin anonsu kimi də qiymətləndirilə bilər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev qeyd olunan mövzuda Crossmedia.az-a geniş müsahibə verib.
Müsahibədən bir neçə fikri təqdim edirik:
— "Azərbaycan və Türkiyə Türk dövlətləri arasında aparıcı ölkələr hesab olunur".
— "Ən vacib məsələlərdən biri müdafiə sahəsində koordinasiyanın artırılmasıdır".
— "Mən hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının perspektivi kifayət qədər müsbətdir".
Qeyd edək ki, müsahibə yaxın zamanda saytımızda yayımlanacaq.
Elmir Heydərli
12:43 13.03.2026
Oxunuş sayı: 56