Fico Ukraynaya 90 milyard avroluq yardım paketini bloklaya biləcəyini bildirib
Slovakiyanın baş naziri Robert Fico Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avroluq yardım paketini bloklaya biləcəklərini bəyan edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Fiko bu addımı Macarıstanın baş naziri Viktor Orbanın mövqeyinə bənzər şəkildə gündəmə gətirib.
Slovakiya hökumətinin rəhbəri bildirib ki, ölkəsi Ukraynaya ayrılan böyük maliyyə paketləri ilə bağlı qərarları diqqətlə qiymətləndirəcək və milli maraqları nəzərə alacaq.
Hazırda Avropa İttifaqı çərçivəsində Ukraynaya yeni maliyyə və hərbi yardım mexanizmləri müzakirə olunur.
19:12 08.03.2026
Oxunuş sayı: 156