Putinin 8 Mart təbrik mesajının uğursuz versiyası yayıldı
Rusiya Prezidenti Vladimir Putin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik etdiyi videoda boğazında qıcıq hiss etdiyini bildirərək, təbriki yenidən səsləndirməyi qərara alıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, videonun uğursuz versiyası “təsadüfən” Kremldən yayımlanıb.
Təbrik zamanı Putin deyib: “Bilirsiniz, gəlin bir daha deyim, çünki boğazımda qıcıq var.”
Daha sonra prezident uzun müddət öskürərək üç dəqiqəlik təbriki yenidən təqdim edib.
12:58 08.03.2026
Oxunuş sayı: 62