Ərbil müharibəyə qoşulmaqdan imtina etdi
İran İraq Kürdüstanını mümkün hərbi qarşıdurmaya qoşulacağı təqdirdə onun neft infrastrukturunun məhv ediləcəyi ilə hədələyib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rəsmi Tehran Ərbilə xəbərdarlıq edərək bildirib ki, əgər İraq Kürdüstanı İranla hər hansı müharibəyə qoşularsa, regionun əsas iqtisadi dayaqlarından hesab olunan neft infrastrukturu hədəfə alınacaq.
Bu xəbərdarlıqdan sonra Ərbil İranla mümkün münaqişə halında ABŞ tərəfindən müharibəyə qatılmaqdan imtina edib.
11:35 08.03.2026
Oxunuş sayı: 85