İsrail Tehranda yanacaq anbarlarını vurdu
İsrail Hərbi Hava Qüvvələri Tehranda İran hərbçiləri tərəfindən istifadə edilən bir neçə yanacaq anbarına zərbə endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücum Tehranın şimal-qərbində yerləşən strateji Şəhran neft anbarı yaxınlığında həyata keçirilib. Hadisə zamanı ərazidə partlayış səsləri eşidilib və aktivlik müşahidə olunub. Sosial şəbəkələrdə yayılan görüntülərdə hadisə yerindən tüstü qalxdığı görünür.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib ki, əməliyyat hərbi kəşfiyyatın dəqiq məlumatları əsasında planlaşdırılıb və koordinasiyalı şəkildə icra edilib.
İsrail tərəfinin açıqlamasına görə, zərbə endirilən anbarlar İranın hərbi infrastrukturu üçün yanacaq təminatında mühüm rol oynayırdı və müxtəlif hərbi hissələrə yanacaq paylanması məhz bu obyektlər vasitəsilə həyata keçirilirdi.
10:21 08.03.2026
Oxunuş sayı: 71