150-dən çox iranlı Livanı tərk edib
İsrailin təhdidlərindən sonra 150-dən çox İran vətəndaşı Livanı tərk edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, diplomatlar və onların ailə üzvləri də daxil olmaqla 150-dən çox İran vətəndaşı bu gün Livandan çıxarılıb.
Onların Rusiyaya məxsus təyyarə ilə Rusiyaya təxliyə olunduğu qeyd olunur.
Məlumata görə, bundan əvvəl İsrail ordusunun sözçüsü Livandakı İran rəsmilərinə xəbərdarlıq edərək, ölkədə qalacaqları təqdirdə hücumlara məruz qala biləcəklərini bildirib.
09:48 08.03.2026
Oxunuş sayı: 61