Tehranda SEPAH-ın hərbi obyektlərinə genişmiqyaslı zərbələr endirilib
Tehranda İranın hərbi infrastrukturuna qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.
Crossmedia.az bu barədə İsrail Hərbi Hava Qüvvələri məlumat yayıb.
Əməliyyat zamanı SEPAH-ın Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə üzrə komandanlıq və idarəetmə mərkəzi hədəfə alınıb.
Bildirilib ki, zərbələr nəticəsində hava hücumundan müdafiə sistemləri, komandanlıq mərkəzləri, “Quds” xüsusi təyinatlı qüvvələri üçün silah saxlama obyektləri və digər logistika infrastrukturu da vurulub.
Hadisə ilə bağlı İran tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
23:30 07.03.2026
Oxunuş sayı: 58