İranın Ekspertlər Şurasının iclas keçirəcəyi tarix AÇIQLANDI
İranın Ekspertlər Şurası yeni Ali Liderin təyinatı ilə bağlı müzakirələr aparmaq üçün 24 saat ərzində iclas keçirəcək.
Crossmedia.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə şura üzvü Ayətullah Hüseyn Müzəffərinin sözlərinə istinadən məlumat yayıb.
Müzəffərinin sözlərinə görə, Ekspertlər Şurasının üzvləri iclas keçirmək, müzakirə etmək və yeni Ali Lideri seçmək üçün şərtləri səbirsizliklə gözləyirlər. Ümid edirik ki, bu, növbəti 24 saat ərzində baş verəcək.
Onun sözlərinə görə, Ekspertlər Şurası hələlik bu məsələ ilə bağlı heç bir iclas keçirməyib.
Bu baxımdan, ayətullah İslam Respublikası sakinlərini yeni Ali Liderin seçilməsi ilə bağlı qəsdən yalan məlumat yaymamağa çağırıb.
21:42 07.03.2026
Oxunuş sayı: 51