Belçika iki il əvvəl Ukraynaya verdiyi vədi hələ də yerinə yetirməyib
Belçika hələ Ukraynaya söz verdiyi F-16-lardan birini belə təhvil verməyib.
Crossmedia.az "VRT" nəşrinə istinadən xəbər verir.
2024-cü ildə o vaxtkı baş nazir Aleksandr De Kru Ukraynanın ilin sonuna qədər ilk dörd F-16 təyyarəsini alacağını vəd etmişdi.
Lakin tədarüklər heç vaxt başlamayıb.
Hollandiya, Danimarka və Norveç artıq F-16-larını Kiyevə təhvil verib.
Belçika isə gecikməni öz döyüş hazırlığını qorumağa və yeni F-35-lərə tam keçidə bağlı olduğunu açıqlayıb.
Hazırkı hesablamalara görə, köhnə F-16-ların Ukraynaya təhvil verilməsi yalnız 2029-cu ilə qədər mümkün ola bilər.
Belçika Müdafiə Nazirliyi isə dəqiq təhvil tarixlərini rəsmi olaraq müəyyən etmədiyini bildirir.
20:50 07.03.2026
Oxunuş sayı: 40