Vaşinqtondan diqqət çəkən açıqlama: İranın nefti hədəfdə
ABŞ İranın neft ehtiyatlarına nəzarətin ələ keçirilməsi ilə bağlı planları nəzərdən keçirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Enerji Dominantlığı üzrə Milli Şurasının direktoru Carrod Eigen açıqlama verib.
Onun sözlərinə görə, bu addımın əsas məqsədi İranın geniş neft ehtiyatlarını mövcud rejimin nəzarətindən çıxarmaqdır.
“Bu, uzunmüddətli faydadır, çünki nail olmaq istədiyimiz şey İranın geniş neft ehtiyatlarını bu rejimin əlindən almaqdır”, – deyə Eigen bildirib.
O qeyd edib ki, qısamüddətli çətinliklər yarana bilər.
Lakin uzunmüddətli perspektivdə bu addım Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft tədarükü ilə bağlı riskləri azaltmağa kömək edə bilər.
20:37 07.03.2026
Oxunuş sayı: 43