İran İraq Kürdüstanına qarşı neft zərbələrinə hazırdır
İran rəsmiləri İraq Kürdüstanına ciddi xəbərdarlıq edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onların açıqlamasına görə, Əgər İraq ərazisindən silahlı qruplar İrana qarşı hücum həyata keçirərsə, Tehran Kürdüstanın neft sektoruna zərbələr endirə bilər.
Bildirilir ki, Kürdüstanın neft sektoru regionun əsas maliyyə mənbələrindən biri hesab olunur və İranın hədəfi bu infrastruktur olacaq.
Rəsmi Tehran vurğulayıb ki, belə bir əməliyyat Kürdüstan regionunda ciddi iqtisadi və təhlükəsizlik təsirləri yaradacaq.
19:55 07.03.2026
Oxunuş sayı: 8046