İrana quru əməliyyatı ehtimalı?- ABŞ-də hərbi hazırlıq iddiası
ABŞ-nin İranda mümkün quru əməliyyatına hazırlaşa biləcəyi barədə məlumat yayılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, belə bir ehtimal ABŞ ordusunun bu həftə Luiziana ştatında elit 82-ci Hava-Desant Diviziyasının təlimlərini gözlənilmədən dayandırması ilə əlaqələndirilir.
Məlumata görə, Şimali Karolina ştatının Fort Braqq şəhərində yerləşən 82-ci Hava-Desant Diviziyası təxminən 4000–5000 nəfərlik döyüş bölməsindən ibarətdir.
Bildirilir ki, bu diviziyanın xüsusi təyinatlı qüvvələri əmr aldıqdan sonra 18 saat ərzində dünyanın istənilən nöqtəsində tapşırıqları yerinə yetirməyə hazır olmaq üçün xüsusi təlimlər keçir.
19:07 07.03.2026
Oxunuş sayı: 41