Türkiyədən Şimali Kipr üçün hərbi addım hazırlığı
Türkiyə Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini təmin etmək üçün mərhələli müdafiə planı hazırlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, plan Türkiyə Müdafiə Nazirliyi tərəfindən hazırlanır və adanın müdafiə imkanlarının gücləndirilməsini nəzərdə tutur.
Məlumata görə, müzakirə olunan variantlardan biri də Şimali Kiprə F-16 qırıcı təyyarələrinin yerləşdirilməsidir.
Bu addımın həyata keçirilməsi halında bölgənin hava müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artırıla biləcəyi qeyd olunur.
18:09 07.03.2026
Oxunuş sayı: 45