Bişirmək istədiyi ördəyin mədəsindən qızıl tapdı
Çində bir kişi kəsdiyi ördəyin mədəsindən qızıl hissəcikləri tapıb. Hadisə Çinin Hunan əyalətinin Longhui rayonunda baş verib.
Crossmedia.az xəbər verir, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, kənd sakini fevral ayında ördəyi kəsərkən onun mədəsində sarı rəngli xırda hissəciklər aşkar edib. Daha sonra aparılan sadə yanma testi nəticəsində bu hissəciklərin həqiqətən qızıl olduğu müəyyənləşdirilib.
Bildirilir ki, tapılan qızılın çəkisi təxminən 10 qram olub və dəyəri 12 min yuan (təxminən 1800 ABŞ dolları) civarındadır.
Kişinin sözlərinə görə, ördəklər çay kənarında sərbəst şəkildə saxlanılır. Həmin ərazi əvvəllər qızıl hasilatı ilə tanındığı üçün quşların qızıl hissəcikləri olan palçığı udmuş ola biləcəyi ehtimal edilir.
Fatimə Məmmədova
16:20 07.03.2026
Oxunuş sayı: 61