Məktəblər sürətlə təmir olunur, dövlətin təhsilə diqqəti artırılır -
Azərbaycanda son illər təhsil sahəsində aparılan islahatlar və infrastrukturun yenilənməsi bu sahənin dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu göstərir. Rəsmi məlumatlara görə, son iki onillik ərzində ölkədə minlərlə yeni məktəb binası tikilib, köhnə təhsil müəssisələri əsaslı şəkildə təmir olunub və şagirdlərin daha müasir şəraitdə təhsil alması üçün geniş imkanlar yaradılıb. Bütün bunlar Azərbaycanın təhsil siyasətinin hansı istiqamətdə inkişaf etdiyini və həyata keçirilən islahatların real nəticələrini müzakirə etməyi aktuallaşdırır. Mövcud dəyişikliklər fonunda təhsil sisteminin keyfiyyəti, həyata keçirilən dövlət siyasətinin effektivliyi və gələcək perspektivləri barədə müxtəlif suallar da gündəmə gəlir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a açıqlama verib: "Prosesi təhlil edəndə görürük ki, həqiqətən, Azərbaycanın təhsil siyasətində ciddi dəyişikliklər var. Məktəblərin təmiri, bərpası sürətlə həyata keçirilir, infrastruktur tam yenilənir və biz bunun ciddi nəticələrini görməliyik. Prosesdə bunu açıq aydın göstərir. Demək olar ki, bölgələrin çoxunda yeni infrastruktur qurulur və ya tamamilə yenilənir. Bu sahədə dövlət tərəfindən ciddi addımlar atılır və silsilə tədbirlər həyata keçirilir. Bu kifayət qədər böyük bir rəqəm və statistikadır. Təəssüf ki, bölgələrin bəzilərində hələ də bəzi məktəblərimizdə problemlər var. Bunların həlli istiqamətində də dövlət tərəfindən addımlar atılır. Biz inanırıq ki, digər məktəblərin də bərpası sürətli şəkildə həyata keçiriləcək. Burada kifayət qədər ciddi vəsaitdən və addımlardan söhbət gedir".
Ayhan
15:28 06.03.2026
Oxunuş sayı: 501