"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək.
Bu barədə Crossmedia.az-a klubdan məlumat verilib.
Komanda sentyabrın 27-də, saat 16:00-da BOS-un ehtiyat meydanında "İmişli" ilə qarşılaşacaq.
Növbəti oyun isə oktyabrın 2-nə nəzərdə tutulub. Bu dəfə rəqib "Neftçi" olacaq. Oyunun məkanı hələlik bəlli deyil.
15:46 24.09.2026
Oxunuş sayı: 30