Sabah bəzi yerlərdə yağış yağacaq
Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3 dərəcədən 5 dərəcəyədək, gündüz 6 dərəcədən 9 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4 dərəcədən 7 dərəcəyədək, gündüz 10 dərəcədən 15 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 4 dərəcəyədək, gündüz 5 dərəcədən 10 dərəcəyədək olacaq.a
13:35 24.02.2026
Oxunuş sayı: 410