Əli Laricani dəstək versəydi Xamanei devrilə bilərdi
Fransanın Le Figaro qəzeti yazır ki, 2026-cı ilin yanvar ayında İranda baş verən etirazlar fonunda ölkənin ali rəhbəri Əli Xameneinin faktiki olaraq idarəetmədən uzaqlaşdırılması cəhdi olub.
Crossmedia.az bu barədə məlumat verir.
Məlumata görə, təşəbbüs yanvarın 8-nə keçən gecə İranın sabiq prezidenti Həsən Ruhani tərəfindən irəli sürülüb. O, böhran şəraitində ölkə rəhbərliyinin səlahiyyətlərinin daha geniş məmur dairəsinə verilməsini təklif edib. Lakin plan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən dəstəklənmədiyi üçün baş tutmayıb.
Xəbərdə qeyd olunur ki, hazırkı prezident Məsud Pezeşkian bu müzakirələrdən xəbərdar olmayıb.
Turqut Ansari
16:22 23.02.2026
Oxunuş sayı: 630