Cinsi azlığın nümayəndəsi olan oğlunu öldürən müharibə veteranını bağışladı
Azərbaycanda ana oğlunu qətlə yetirməkdə ittiham olunan şəxsi bağışlayıb.
Crossmedia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Zərərçəkənin anası təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və onu bağışladığını bildirib. O, oğlunun ölümündən faciənin ertəsi gün xəbər tutduğunu deyib.
O, oğlunun cinsi azlığın nümayəndəsi olduğunu və müharibə veteranı Babək İbadovun bunu qəbul edə bilməyəcəyini də qeyd edib.
16:56 23.02.2026
Oxunuş sayı: 587