İrandan Azərbaycana 10 kiloqram narkotik keçirmək istədilər – SAXLANILDILAR
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, DSX-nın Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində 9 kiloqram 860 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində əraziyə narkotik vasitəni götürmək məqsədilə gələn Bakı şəhər sakinləri – 1991-ci təvəllüdlü Hüseyinov Şəhriyar Səlim oğlu və 2001-ci il təvəllüdlü Əliyev Səttar Niyazi oğlu cinayət məsuliyyətinə cəlb olunublar.
12:44 09.02.2026
Oxunuş sayı: 571