Xalq artistinin döyülən oğlu evə buraxıldı
Yanvarın 30-da Binəqədi rayonu ərazisində bir qrup şəxs tərəfindən döyülən Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın oğulları Artur Balıyev evə buraxılıb.
Crossmedia.az xəbər verir ki, 1981-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, pasiyentə qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin edilmişdi. İnsidentə görə 3 nəfər tutulub. (Qafqazinfo)
12:19 09.02.2026
Oxunuş sayı: 429