Dövlət qurumuna 69 min manata ev satan sahibkarın kimliyi MƏLUM OLDU
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Sabirabad rayonunda 10 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı tenderə yekun vurub.
Crossmedia.az xəbər verir ki, tenderin qalibi fərdi sahibkar Quliyev Şahin Sərdar oğlu seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 694 400 manatdır. Bu halda bir evin qiyməti 69 440 manata düşür.
Şahin Quliyev haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.(Qaynarinfo)
11:13 09.02.2026
Oxunuş sayı: 418