Hindistan Azərbaycan Dövlət Neft Şirkəti ilə danışıqlar aparır
Hindistana məxsus Bharat Petroleum şirkəti mayeləşdirilmiş təbii qaz (LPG) almaq üçün Azərbaycanın dövlət neft şirkəti ilə danışıqlar aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə şirkətin LPG biznesinin rəhbəri T.V. Pandiyan ötən həftə Qoada keçirilən Hindistan Enerji Həftəsi çərçivəsində "The Hindu" qəzetinə verdiyi müsahibədə bildirib.
Bundan əlavə, Pandiyan tədarükü şaxələndirmə strategiyasını müzakirə edərkən Bharat Petroleum şirkətinin ABŞ-dan daxili qaz idxalı üçün də tender elan etdiyini qeyd edib.
09:00 08.02.2026
Oxunuş sayı: 385