Məhkəmə sayt rəhbərinə hökm oxudu
İyirmidən çox müxtəlif dövlət qurum rəhbərlərindən hədə-qorxu ilə pul tələb edən "Dəryaz "qəzetinin təsisçisi olduğu deryaz.az saytının baş redaktoru Habil Tağıyevin cinayət işi məhkəmə prosesi başa çatıb.
Crossmedia.az Axar.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Habil Tağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Habil Tağıyev 2024-cü ilin sentyabrında vətəndaşların şikayəti əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
17:52 06.02.2026
Oxunuş sayı: 405