Azərbaycana gətirilən portağallar süni şəkildə rəngləndirilir? -Rəsmi
Ötən il Azərbaycana idxal edilən 421 min ton portağalda rəngləndirici aşkar edilib.
"Crossmedia" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib..
Onun sözlərinə görə, həmin meyvələrin Azərbaycanda dövriyyəyə buraxılmasının qarşısı alınıb:
"Ötən il bununla bağlı ixracatçı ölkələrə xəbərdarlıqlar edilib. Son zamanlar bu cür hallara rast gəlinməyib".
Qeyd edək ki, sosial mediada Azərbaycana gətirilən portağalların süni şəkildə rəngləndirilməsi ilə bağlı xəbər və görüntülər yayılıb.
11:57 26.01.2026
Oxunuş sayı: 430