Tarixi bina 28 manata satıldı
Belarusun Qlubokoye şəhərində Napoleonun bir müddət qaldığı keçmiş Karmelit monastır kompleksinin binası satılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "RİA Novosti" Belarus Universal Əmtəə Birjasının "BUTB-Əmlak" elektron ticarət platformasına istinadən məlumat yayıb.
Tarixi-mədəni dəyərə malik bina simvolik qiymətə, 47,25 Belarus rubluna (təxminən 28,38 manat) satılıb.
Lotun dəyərindən əlavə, binanı alan yeganə iddiaçı hərrac qaydalarına əsasən məbləğin 5 faizini də ödəyib. Yeni sahib bir ay ərzində mühafizə öhdəliklərini imzalamalı, satınalmadan sonra bir il ərzində isə təmir və bərpa işləri aparmaq üçün Mədəniyyət Nazirliyindən müvafiq icazə almalıdır.
17:18 25.01.2026
Oxunuş sayı: 433