Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezidenti təbrik ediblər
Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Azərbaycan Prezidentini Beynəlxalq "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi münasibətilə təbrik ediblər.
Crossmedia.az xəbər verir ki, təbrikdə vurğulanıb ki, Azərbaycanın nümunəvi dinlərarası əməkdaşlıq, multikulturalizm və məzhəblərarası anlaşma modeli dünya miqyasında təqdir olunur.
"Sülh, sabitlik, qarşılıqlı anlaşma olmadan tərəqqi, rifah mümkün deyil və Azərbaycanın siyasi lideri olaraq Sizin bu istiqamətdə fəaliyyətiniz ən xoş sözlərə, ən yüksək mükafatlara layiqdir. Dünyanın sülh gündəmində ön sırada olmağı – Sülh Şurasında təsisçi qismində iştirakı Uca Yaradana xoş gedən ideallar naminə dəyərli fəaliyyətinizin daha bir parlaq əməli nümunəsidir. Sizi belə bir mötəbər qlobal müstəvidə təsisçi qismində görmək bizi qürurlandırır, Azərbaycan xalqının ayrılmaz hissəsi olan dindarlarda rəğbət və fəxarət doğurur. Əminik ki, bu tarixi addımınız qlobal sülh, bəşəriyyəti narahat edən təhdid və təhlükələrin aradan qaldırılması işində böyük rol oynayacaq" - təbrikdə vurğulanıb.
Qeyd edək ki, təbrik məktubunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu Aleksiy, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev imzalayıblar.
16:17 23.01.2026
Oxunuş sayı: 498